Masallı Regional Mədəniyyət İdarəsi Masallı Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan “Ruhların qisası” adlı tamaşanı təqdim edib. AZƏRTAC xəbər verir ki, yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidovdur. Rolları teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, rayonun digər təhsil müəssisələrində çalışan müəllimlər və məktəblilər ifa ediblər. Səhnə işində Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş soydaşlarımızın faciəli taleyinə işıq salınır, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra əsirlərin azad olunması, eləcə də xalqımızın yurda bağlılığı öz ifadəsini tapıb. Tamaşadan sonra çıxış edən regional idarənin rəisi Bəxtiyar Qılıncov yaradıcı kollektivə uğurlar diləyib, şəhidlərimizin xatirəsinin yad edilməsi, vətənpərvərliyin təbliği sahəsində görülən işləri yüksək qiymətləndirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür