Kitabevim.az kitab marketində yazıçı Rövşən Yerfinin “Qazamat sanitarları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə yazarın qələm dostları, KİV nümayəndələri və oxucular iştirak edib. Müəllif çıxış edərək kitab haqqında oxuculara məlumat verib. Sonda imza mərasimi keçirilib. Qeyd edək ki, kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir. Kitaba “Residivist” povesti əlavə olunmuşdur. [gallery columns="6" ids="9943,9942,9941,9940,9945,9946,9947,9948,9949,9944,9938,9939"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür