
Ağdam Dövlət Dram Teatrının baş .
1955-ci ildə Bərdə rayonu Xanqaraqoyunlu kəndində anadan olan rejissor 1973-1979-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində ali təhsil alıb. 1988-1990-cı illərdə isə Kuybışev Akademik Dram Teatrında və Moskvanın Malıy Bronnıy Teatrında ali rejissorluq kursunu keçib. Yaradıcılığa elə Ağdam Dövlət Dram Teatrında başlayan Eldar Mikayılov 1983-cü ildə teatrda aktyor kimi fəaliyyətə başlayır. Aktyor kimi işlədiyi illər ərzində X.Hasilovanın “Həsrət” tamaşasında Həsrət, Səməd Vurğunun “Fərhad və Şirin”ində Fərhad, Mixail Lermontovun “İki qardaş”ında Aleksandr, Abdulla Şaiqin “Fitnə”sində Bəhram şah və bu kimi müxtəlif janrlı əsərlərdə obrazlar yaradıb. Eldar Mikayılov 1994-cü ildə Ağdam Dövlət Dram Teatrının baş rejissoru təyin olunur. O, bu vəzifədə çalışdığı müddətdə Cəfər Cabbarlının “Solğun çiçəklər”, Ş.Qurbanovun “Sənsiz”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və başqa əsərlərə quruluş verib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür