senetaz

Həsən Əliyev 80 D

01 Dekabr 2015 254

"Qu gölü"ndə aktyor dəyişikliyi

"Qu gölü"ndə aktyor dəyişikliyi

qugoluDekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Senet.az xəbər verir ki, tamaşada Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, Belorusun Xalq artisti Olqa Qayko (Odetta-Odilliya) və Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı İqor Onoşko (Ziqfrid) çıxış edəcəklər. Eyni zamanda tamaşada balet truppamızın solistləri – Əməkdar artistlər Samir Səmədov (Rotbart), Tamilla Məmmədzadə və Cəmilə Kərimova, Leyla Narimanidze, Failə Bolqarova (kiçik qu quşları), Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Samirə Məmmədova (böyük qu quşları), Kamran Qurbanov (Təlxək) və b. iştirak edəcəklər.