Professional Kinorejissorlar Gildiyasının, Aktyorlar və Prodüserlər Gildiyalarının dəstəyi ilə təsis edilən “Qızıl Pəri” mükafatına nominantlar müəyyənləşib. “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a verilən məlumatda bildirilir ki, seçim komissiyası ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə namizədliyə təqdim olunan 185 ərizəyə və audiovizual əsərlərə baxışı 1 noyabr tarixində başa çatdırıb. Komissiyanın fəaliyyətinin nəticələri və “Qızıl Pəri” mükafatının nominasiyalar üzrə nominantlarının siyahısı 5 noyabrda www.audiovisual.az və www.azerbaijanfilm.az saytlarında yerləşdiriləcək. 30 nəfər peşəkardan ibarət münsiflər heyəti öz işini 10 noyabr tarixindən yenidən davam etdirəcək. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi dünya kinosunun yaranmasının 120 illiyi tarixində - 28 dekabr 2015-ci ildə keçiriləcək
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür