Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edir
Senet. az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, mükafata nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika nümunələri, orijinaldan bədii tərcümələr, uşaqlar üçün yazılmış əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir, rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir. Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər. Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:
Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu; Çap edilən əsər (5 nüsxə); Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli; Şəxsiyyət vəsiqəsinin surəti; Müəllifin digər işlərinin siyahısı (əgər varsa); Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa). İşlər noyabrın 10-dan 2017-ci il aprelin 10-nu son təqdimat günü olmaqla AZ 1000, Bakı şəh., Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otağa təqdim edilməlidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür