senetaz

Həsən Əliyev 80 D

18 Mart 2025 1189

Qazax şairinin “Qarabağ”ı

Qazax şairinin “Qarabağ”ı

Bakıda Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” poeması işıq üzü görüb.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gələn bu kitab, Qazaxıstan-Azərbaycan dostluğunun, qardaşlığının poetik təcəssümüdür.

Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş və qürur yolunu, şəhidlərimizin qəhrəmanlığını, eləcə də, türk birliyini tərənnüm edən bu poemahəm də, hiss və duyğuların poetik toplusudur. Sayat Kamşıger, DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ (ümumən Azərbaycan) həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, “Qarabağ” poemasını qələmə alıb.

Əsərin tərcüməsini tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə professor Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, ön söz müəllifi RHİMİB sədri Arzu Bağırova, rəyçilər DGTYB sədri İntiqam Yaşar ilə Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.

Yenicə işıq üzü görən, Azərbaycan və qazax oxucuları arasında rəğbət qazanacağına inanılan “Qarabağ”ın Azərbaycanda və Qazaxıstanda təqdimatı nəzərdə tutulub.