senetaz

Həsən Əliyev 80 D

28 Sentyabr 2021 221

Qarabağ qazisi işlə təmin olunub

Qarabağ qazisi işlə təmin olunub

hg   Vətən müharibəsinin iştirakçısı Salayev Rauf Yasər oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Lənkəran rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib. Nazirlikdən Senet.az-a bildirilib ki, bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Rauf Salayev İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.