Pianoçuların Qara Qarayev adına II beynəlxalq müsabiqəsi elan edilib.
Senet.az xəbər verir ki, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən müsabiqə 2018-ci il aprelin 4-dən 11-dək keçiriləcək. 10-16 və 17-30 yaş qrupları üzrə keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər ərizələrini tam sənədlər paketi ilə birgə 2018-ci il fevralın 1-dək təşkilat komitəsinin ünvanına – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasına (Bakı, Şəmsi Bədəlbəyli küçəsi 98) təqdim etməlidirlər.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Hər yaş qrupunun qalibləri üçün pul mükafatları və diplomlar nəzərdə tutulub. Yaş qrupları üzrə mükafat yerlərini tutan qaliblər “Beynəlxalq müsabiqə laureatı” adına layiq görüləcək. Diplom alan şəxslərə “Beynəlxalq müsabiqə diplomantı” adı veriləcək. Bütün iştirakçılara isə müsabiqədə iştirak etməklə bağlı sertifikat təqdim olunacaq.
Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında yekun konsertdə iştirak edəcəklər.
Müsabiqə barədə daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://mct.gov.az/az/elanlar/pianocularin-qara-qarayev-adina-ii-beynelxalq-musabiqesi
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür