
Bilirsizmi ki, orta əsrlərdə qəddar musiqi aləti olub ? Məlumatlara görə İspaniya kralı II Filippin qeyri-adi musiqi aləti var idi. “Pişik fortepiano” adlanırdı. Bu fortepiano uzun bir qutudan ibarət olub , 14 hissəyə bölünmüşdü.Hər bölünmüş hissəyə seçilmiş pişiklər yerləşdirilirdi. Pişiklərin seçimi “dinləmələrdən” ibarət idi. Belə ki, onların quyruqlarını ayaqları ilə tapdalayaraq səslərini yoxlayırdılar. Ən yüksək səsə görə onları yeşikdəki bölmələrə yerləşdirirdilər. Pişiklərin quyruqları klaviaturanın altına bərkidilirdi.
Klaviatura hər dəfə basılanda iti iynə pişiyin quyruğuna dəyirdi və pişik ağrıdan qışqırırdı. Saray əyanları növbə ilə melodyanı ifa etməyə, akkordları düzgün vurmağa çalışırdılar.
Pişiklərə bu cür qəddar münasibətin olması orta əsrlərdə kilsənin pişikləri şeytanın elçiləri və köməkçiləri adlandırması ilə bağlı idi. Qara rəngli pişiklərin isə uzun müddət yaşama şansı yox idi.
Bu qəddar musiqi aləti bütün Avropaya yayılmışdı. Musiqi aləti üçün uyğun olmayan pişiklər yandırılırdı. Qeyd edək ki, I Pyotr da Hamburqdakı əntiqxanası üçün bu “pişik fortepiano”dan sifariş etmişdi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür