Oktyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində teatrın aktyoru Bəhruz Əhmədlinin “Ora- Bura” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Səhnə əsərinin ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədlidir. Tamaşada rolları Əməkdar Artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılzadə, Əli Əlizadə, Nurlan Rüstəmov və Solmaz Bədəlova ifa edəcəklər.
Qeyd edək ki, tamaşasının mövzusu insan taleləri, münasibətləri və xatirələri haqqındadır. Səhnə əsərində hadisələr avtobus dayanacağında cərəyan edir. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyir. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, dünyagörüşlərinin açılmasına şərait yaradır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür