Gəl, hər şeyi “ataq”…
Bəli mən deyirəm bunu…
“Ataq “…
Həmişə sevgimizin gücünə inanan mən, bütün çətinliklərə qarşı sevgimizi qoyan mən!
Amma indi “ataq”deyirəm
Sənin dediyin kimi: “bizdən sevgili olmaz”
…hətta heç vaxt ….
“Dost?!”
Yox. Dost da ola bilmərik.
Bu faktdır.
Düzdü, biz bir-birimizsiz də yaşaya bilmirik.
Yarımçıq, natamam oluruq.
Nə tam xoşbəxt, nə də tam bədbəxt ola bilirik bir-birimizsiz.
Bəs nə?!
Sadəcə bir-birinin üznə baxib saatlarca səbəbsiz gülən iki nəfər olaq ….
Tez-tez görüşməyəndə darıxan.
Bir-birimizin səsini eşitməyəndə kefsiz olan- iki nəfər olaq …
Yox, bu sevgili olmaq deyil.
Bu başqa bir şeydir, tamam başqa…
Heç kim baş açmasın münasibətimizdən.
Dost düşünsünlər bizi, amma dost olmadığımızı anlasınlar.
Sevgili olduğumuz qərarına gəlsinlər, “yox bu da deyil desinlər”.
Və biz sadəcə “Özümüz” olaq.
Bəli , “özümüz”.
Münasibətimizin adını da “Özümüz qoyaq”.
Və bir-birimizin yanında özümüz kimi olaq .
Sadə, səmimi.
Heç nədən, heç kimdən çəkinməyək .
Sadəcə… Sadəcə özümüz olaq!
İnsanlarin bacarmadığı kimi…
İlkin Vahid Cəfəri
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür