Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycanın milli geyimlərinin də yer aldığı “Əbədi dostluğumuz” adlı sərgi açılıb.
Senet.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl iştirakçılar AMM-nin hazırladığı sərgiyə baxıblar.
Foyedə nümayiş olunan kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, habelə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər təqdim olunub. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.
Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür