Sən gedəndən yuxum qaçıb,
Fikrim qarışıb,
Çaşıb ağlım,
Başım çaşıb, oğlum.
Ruhum bu halımla barışıb, oğlum.
Bəlkə heç əvvəldən yuxum yox imiş...
Bəlkə uzun ömrüm,
Bir uzun qarışıq yuxu imiş...
Sən vardın axı,
Sənin hər arpa boyu
Boy atdığını izləyirdim.
Səni yaman gözdən,
Yalan sözdən,
Sürtük üzdən
Ürəyimin içində gizləyirdim.
İndi otuz üç gündü
Bilmirəm ürəyim ağrıyır,
Yoxsa ürəyimin içində sən ağrıyırsan.
Mən ağlamağı bacarmıram, oğlum,
Yəqin ürəyimin içində sən ağlıyırsan.
Oğullar atadan uzun yaşayar.
Atadan sonra
Atasının adını alnında daşıyar.
Bəlkə mən sənin həyatındayam, oğlum.
Gözlərim yatmır,
Havam çatmır,
Ürəyim atmır,
Bəlkə mən də
Torpağın sən yatan qatındayam, oğlum.
Ağlama qurbanın olum.
Mənim də gözlərim dolar,
Bu da sənə bir dərd olar, oğlum...
13.04.2017
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür