Fevralın 28–də Heydər Əliyev Sarayında Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, konsertdə Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, Əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryəm Şabanova və “Sevil” vokal qrupu çıxış edəcək.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, həmçinin “iticket.az” saytından onlayn əldə etmək olar.Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür