Almaniyanın Münhen şəhərində Osmanlı dövrünə aid bir çox tarixi əsər hərraca çıxarılır. “Hermann Historica” adlı tarixi əsərləri ilə tanınan hərrac evində keçiriləcək auksionun ən qiymətli parçası XVII əsrin ikinci yarısına aid qızıl, gümüş və qiymətli daşlarla bəzədilmiş Osmanlı qılıncıdır. 525.az xəbər verir ki, 27 may tarixində keçiriləcək hərracda dövrün məşhur qılınc ustası Hacı Sungurun imzası olan qılınc üçün başlanğıc qiymət olaraq 45 min avro təyin edilib. Almaniyada "Türk Savaşları" adlanan dövrdə ələ keçirildiyi iddia edilən son dərəcə qiymətli qılınc nümunəsinin Drezden Muzeyində olduğu ifadə edilib. Onlayn olaraq da qatıla bilmənin mümkün olan Osmanlı İmperiyasına aid 106 parçadan ibarət olan hərrac satışına müxtəlif zinət əşyaları, xəncərlər, əlyazma kitablar və kolleksiya üçün odlu silahlar da daxildir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür