92 yaşında vəfat edən yazar Yaşar Kamalın əsərlərinin satışı ölümündən sonra 4 dəfə artıb. Axar.az xəbər verir ki, “D&R”-in 146 mağazası və internet satışlarını əsas götürərək verdiyi məlumata görə, son bir həftədə Türkiyənin ən sevilən yazarlarından biri olan Yaşar Kamalın kitablarının satışı 417 faiz artaraq 4 qat yüksəlib. Ən çox oxunan kitabı “İncə Məmməd”in ilk cildidir. Ondan sonra “Ağrı dağın əfsanəsi” gəlir. Üçüncü yerdə “İncə Məmməd”in ikinci hissəsi, dördüncü yerdə isə 79 səhifəlik kitab olan “Quşlar da getdi” gəlir. Yaşar Kamal “Quşlar da getdi” kitabında quş satan, sata bilmədikləri quşları yeyən uşaqlar vasitəsilə İstanbuldakı dəyişikliklər və çürümədən bəhs edir. Yazarın çox satılan kitabları arasında beşinci yerdə dörd cildlik “İncə Məmməd”in üçüncü hissəsi yer alıb. Xatırladaq ki, “Nobel” ödülünə namizəd ilk türk yazar kimi tarixə düşən Yaşar Kamal yaradıcılığı boyunca 49 kitab yazıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür