Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Senet.az xəbər verir ki, qonaqları Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və nazirliyin digər məsul şəxsləri müşayiət ediblər. Qonaqlar Azərbaycan tarixi-mədəni irsinin daş yaddaşı olan Qobustan abidələri, buradakı qayaüstü rəsmlər, qoruq ərazisindəki muzey kompleksi ilə maraqla tanış olublar. Onlara qoruq ərazisində qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar haqqında da məlumat verilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür