
Azərbaycanlı gənc yazıçı Şəmil Sadiqin Azərbaycan və Türkiyədə nəşr olunan “Odərlər” romanı bu dəfə alman dilinə tərcümə edilib. Roman Almaniyada “O biri dünyanın yolçuları” adı ilə Edition Winterwork nəşriyyatında dərc olunub. Roman almaniyalı filoloq K.H. Kiehl tərəfindən alman dilinə tərcümə edilib. Bugünkü Türk dünyasının haqqında bir çox məsələləri axıcı dillə oxuculara çatdıran romanın Almaniya oxuyucuları üçün tanıtım yazısının müəllifi isə bu ölkədə yaşayan və Almaniya Yazarlar Birliyinin üzvü yazıçı Orhan Arasdır. Almaniya oxuyucusunun bir neçə ildir ki, Azərbaycan ədəbiyyatı ilə bağlı məlumat əldə etməyə başladığını və nəşr olunan bu kitabların bir başlanğıc olduğunu deyən Orhan Aras, iki ölkə arasında əlaqələr inkişaf etdikcə ədəbi fəaliyyətlərin də artacağını qeyd edib. “Odərlər” romanını alman dilində nəşr edən Edition nəşriyyatının müdiri Winter bəy isə verdiyi açıqlamada romanın Almaniyanın milli və əyalət kitabxanalarına göndəriləcəyini, bundan başqa Almaniya, İsveçrə, Avstriya kimi alman dilinin danışıq dili olduğu ölkələrdə də kitab evlərində satışa göndəriləciyini, həmçinin Amazon, ebay, Weltbild kimi bütün önəmli internet portallarında kitabın satılacağını bildirib. Kitab bu il Frankfurt kitab sərgisində də nümayiş etdiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür