Nizami Kino Mərkəzində yanvarın 14 –dən “ Krid: Rokki irsi” və “Bacılar” adlı filmlərin nümayişinə başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin saytında yerləşdirilən məlumata görə, “Krid: Rokki irsi” filmini rejissor Rayan Kuqler dram və idman janrında çəkib. Yaş həddi:16+
Film Rokki Balboanın rinqdə ən ciddi ilk rəqibi və sonradan ən yaxın dostuna çevrilən Appolo Kridin oğlundan bəhs edir. Krid oğul atasının yolunu davam edir və bu məqsədlə o, artıq yaşa dolmuş Rokkinin axtarışına çıxır. Çoxdan bu işlərdən uzaq olan, yaşa dolmuş Rokki yenidən Kridə məşqçilik etməyə başlayır.
Filmdə Maykl B.Cordan, Silvestr Stallone, Tessa Tompson, Filisiya Raşad, Andre Uord, Toni Belyu, Riçi Koster, Ceykob Stiç Dyuran, Qrem Mak Taviş, Malik Bazille və başqaları çəkilib.
Rejissor Ceyson Murun Paula Pellin ssenarisi əsasında çəkdiyi “Bacılar” kinokomediyası ABŞ istehsalıdır. Yaş həddi:18+
Ailə evlərini satmağa yığışan valideynlərin iki qızı evdə son əyləncə məclisi keçirməyi qərara alırlar.
Rollarda Emi Poler, Tina Fey, Maya Rudolf, Ayk Barinxolts, Ceyms Brolin, Dayenn Uist, Con Sina, Con Lequizamo, Bobbi Moynaxan, Qreta Li və başqa aktyorlar çəkiliblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür