Fevralın 23-də Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək. Mərasim İranın Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Nizami Kino Mərkəzindən Senet.az-a bildiriblər ki, açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman və İran kinematoqrafiyasının tanınmış nümayəndələri iştirak edəcəklər.
Mərasimdə rəsmi hissədən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.
Xatırladaq ki, “İran kinosu günləri” ərzində - fevralın 24-də saat 16:00-da və 20:00-da “Xəyalın şirin tamı”, fevralın 25-də həmin saatlarda “Divanə top”, fevralın 27-də saat 18:00-da “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.
Nümayişlərə giriş sərbəstdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür