
Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri keçirilir.
Senet.az saytının APA-dan əldə etdiyi xəbərə əsasən tədbirdə Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir. 16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış ediblər.
Tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq tədbir bu gün yekunlaşacaq.
[gallery columns="4" ids="17351,17352,17353,17354"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür