Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 30-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək. Dövlət Rəsm Qalereyasından Senet.az-a bildirilib ki, elmi konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların aşkara çıxarılması, elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə təşkil olunacaq. Qeyd edək ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər. Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilir. “Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür