
Sentyabr ayının 16-18 tarixində IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Nazirlikdən verilən məlumata görə, sərgi-yarmarkada yerli nəşriyyatlar da iştirak edə biləcəklər. Burada onlar öz nəşrlərini nümayiş etdirmək, satmaq, xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi (6 kv.m.-dək) və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək.
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə edə bilərsiniz.(nrtis@mct.gov.az)
IV Bakı Beynəlxalq Sərgi-yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 01 sentyabr 2015-ci il tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.(Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyli küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05)
Sərgi barədə bütün məlumatları www.mct.gov.az və www.bakubookfair.com saytından əldə etmək mümkündür.
Qeyd edək ki, sərgi-yarmarka Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür