
22-26 avqust tarixlərində Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. Festival təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və “ALMUS Production” şirkətidir.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məhşur ritm ifaçıları iştirak edəcəklər. Avqustun 22-də Festivalın təntənəli açılış mərasimi keçiriləcək. Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və “Abbos” qrupunun, 24-də İranı təmsil edən “Lian” qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və “İstanbul Harem” qrupunun konsertləri olacaq. Avqustun 26-da isə “Natiq ritm” qrupunun konserti və “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi baş tutacaq.
Bundan başqa 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, “Lian” qrupu və Suat Borazanın master klassları keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür