Müstəqil Şah Mat Teatrı noyabr ayının 25-də saat 19.00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşanı teatrsevərlərə təqdim edəcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Aişə Həsənovadır.
Tamaşada rolları Anar Bulud, Orxan Bakinskiy, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa edir.
"Amansız teatr" üslubunda hazırlanmış iki hissəli tamaşada əsas məsələ həqiqətin və ədalətin olmamağından söhbət gedir və ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür.
Biz insanlar yaşayırıq amma bilmirik ki, qəfəsdəyik və sadəcə olaraq nəfəs alırıq. Azadlığımız isə qəfəsin içi və cəzadır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür