Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün oktyabr ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Toya bir gün qalmış” (Ə. Səmədli),“Qızıl toy” (O. Kazimi, R. Heydər), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və başqa səhnə əsərlərini izləyə biləcəklər. 1 oktyabrda Dövlət Musiqili Teatrında 107-ci mövsümün ilk premyerası keçiriləcək. Həmin gün kiçik yaşlı tamaşaçılara Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” nağıl-tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür