senetaz

Həsən Əliyev 80 D

06 Aprel 2017 257

Musiqili Teatrın həftəsonu repertuarı

Musiqili Teatrın həftəsonu repertuarı

14913827964829419250_1000x669

Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında beş tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi aprelin 7, 8 və 9-da “Silva”, “Düyməcik”, “Mənim günahım”, “Dəcəl çəpişlər” və “Baladadaşın toy hamamı” tamaşaları ilə çıxış edəcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov və digər aktyorları görə biləcəklər.

Bundan əlavə, teatr bu həftə rusdilli tamaşaçıları üçün sözügedən səhnə əsərlərini müvafiq dildə təqdim edəcək.