
Gülşad Quliyeva İnsan qədər dəqiq, hislər qədər ani, hamılaşan təklikdir incəsənət. Bunu Azər müəllimin emalatxanasında anlamamaq qeyri -mümkündür. İlk olaraq qeyd edim ki, Azer Səfərov Azərbaycan Xalq Rəssamı Lətif Kərimovun nəvəsidir. Azər müəllimin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci korpusunda özü qədər səmimi, sevgi dolu bir emalatxanası var. O, bu işlərin hazırlanmasında heyvan sümüklərindən, ağac kötüklərindən, ağac budaqlarından, ağac və bitki yarpaqlarından, meşə göbələklərindən v s. istifadə edir.
Müəllif məhv edilmişlərə, qırılıb atılmışlara, əzilib keçilmişlərə başqa bir həyatın içində yeni bir yaşam verir.
Onun işlərində kişi sədaqəti, qadın xoşbəxtliyi ,körpə gülüşü var. Hər emalatxanaya getdiyimdə Azər müəllimdən daha çox, onun işləri danışır. Sanki ,öz libasını soyunmadan bir də müasirliyi geyinərək müasirləşmiş keçmişdir onun işləri.
Azər Səfərovu az da olsa sizə tanıtmaqla, işlərini sizlərə təqdim etməklə bir dünya sevgini paylaşmış kimi oldum. Və çox inanıram tezliklə bu işlərin sərgisi təşkil olunacaq, yaradıcılığı diqqətdən kənarda qalmayacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür