senetaz

Həsən Əliyev 80 D

20 Dekabr 2021 224

Minskdə Nizami Gəncəvinin abidəsi ucaldılıb

Minskdə Nizami Gəncəvinin abidəsi ucaldılıb

hg  

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

AZƏRTAC xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb. Müəllifi Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir. Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.