Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına oktyabrın 26-da Azərbaycan Dövlət İqtisad Universiteti də qoşulub.
Kitabxanadan Senet.az-a bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universiteti 600 nüsxədən çox kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.
Universitetin prorektoru Sakit Yaqubov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli tezliklə toplanan bütün kitabların Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcəyini və oxucuların bu ədəbiyyatlardan yararlanacağına ümidvar olduqlarını söyləyiblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür