18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq.
Senet.az xəbər verir ki, sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq. Təqdim olunan əsərlərdən bəziləri ilk dəfə sərgilənəcək.
Sərginin açılışında “Ahmedovski Trio” qrupu çıxış edəcək. Daha sonra mövzuya dair “Artlogos” incəsənət klubu müzakirə aparacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür