Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək. Unudulmaz şairin ata ocağında təşkil olunacaq tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşacaq.
Kitabxanadan Senet.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək, habelə Azərbaycan ədəbiyyatının əqidəsindən dönməyən görkəmli nümayəndələrini onlara tanıtmaqdır.
Poeziya bayramına çevriləcək tədbirdə Mədəniyyət Nazirliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də şairin ecazkar poeziyasının pərəstişkarlarının iştirakı nəzərdə tutulur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür