senetaz

Həsən Əliyev 80 D

19 Fevral 2016 279

Məşhur fotoqraf insanları nəyə səsləyir?- FOTOLAR

Məşhur fotoqraf insanları nəyə səsləyir?- FOTOLAR

Sebastio SalqadoDünyaca məşhur fotoqraf Sebastio Salqado “Genesis” adlı sərgisində 245 möhtəşəm şəkillər cəmləşib. Bu fotolar 32 müxtəlif məkanda 8 illik səyahət zamanı çəkilən minlərlə şəklin arasından seçilib. Sərgi- Yer kürəsinin fotolarla ekspedisiyadır. Fotoqraf dünya sivilizasiyasının dağıdıcı təsirlərindən hələlik yaxa qurtara bilmiş sakinlərin məskun olduğu yerlərə səfər edib. Bu sübut edir ki, bizim planetdə hələ də əzəmətli təbiətin hökmranlıq etdiyi böyük ərazilər var. “Genesis” bu gözəlliyi izləyiciləri ilə bölüşür və diqqətləri planetdə toxunulmazlıqların hələ də qaldığına, ancaq onları da artıq yox olmaq təhlükəsi gözlədiyinə və hələlik xilas edilmə imkanlarının olmasına yönəldir.   Antarktidada yarımada. 2005-ci il Antarktidada yarımada. 2005-ci il “Genesis” layihəsinə 2004-cü ildə başlanılıb və 2011-ci ildə yekunlaşıb. Layihə üzərində çalışdığı bu illər ərzində Salqado Kalahari səhrası, İndoneziya cəngəllikləri, Qalapaqos adası, Madaqaskar, Alyaska, Antarktida və digər yerlərə baş çəkib. salqado 14 Sibir, Rusiya. 2011-ci il O yerlərə ki, həmin məkanlardakı gözəlliklərə insanlar hələ toxunmayıblar. Buradakı təbiət öz əzəməti ilə hər kəsi valeh edir və gələcək nəsillərə saxlamaq üçün sanki insanlara səslənir. Şəkillərin müəyyən hissəsi Rusiyanın Kamçatka yarımadasında və Vranqel adasında çəkilib. salqado 12 Sibir.Rusiya. 2011 Bu sərgi artıq dünyanın 25 şəhərində nümayiş etdirilib və 3 milyondan çox insan tərəfindən izlənilib. Həmin məkanlar arasında aşağıdakılara diqqət çəkmək istərdik: London-Təbiət Tarixi muzeyi Toronto-Ontario Kral muzeyi Roma-Ara Paçis muzeyi Rio-de- Janeyro-Botanika bağı Stokholm-Fotoqrafiska fotoqrafiya muzeyi Paris-Avropa fotoqrafiya evi Nyu- York- Beynəlxalq Fotoqraflar Mərkəzi Sinqapur Milli muzeyi Şanxay- Təbiət Tarixi muzeyi [gallery ids="14010,14008,14007,14006,14005,14004,14003,14002,14001,14000,13999,13998,13997,13995"]