Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudova həsr olunmuş miniatür kitab işıq üzü görüb. Xalq yazıçısı Elçinin müəllifi olduğu kitab “Mən gedirəm, ağlama… Rəşid Behbudovun sənəti və şəxsiyyəti” adlanır.
Qeyd edək ki, Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni nəşr sənətkarın yubileyinə töhfədir.
Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla işıq üzü görüb. Ölçüsü 38×45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın bayrağı əks olunub.
Kitabda Xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb. Miniatür kitab oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətini böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür