Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüş keçirib.
Senet.az xəbər verir ki, iyunun 30-da keçirilən görüşdə tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar. Qonağı salamlayan nazir Anar Kərimov ölkəmizin Misirlə ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi və bu ölkə ilə mədəni əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığına toxunan nazir Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini qeyd edib.
Mədəniyyət sahəsində daha çox işlərin görülməsinin vacibliyini qeyd edən Anar Kərimov bu sahədə əlverişli imkanların mövcud olduğunu bildirib. Qəbul üçün minnətdarlığını bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəsinin bütün sahələrdə Azərbaycanla sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında mədəni əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini vurğulayan diplomat tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini diqqətə çatdırıb. Görüşdə həmçinin, mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, iki ölkə arasında mədəni əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür