Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi məlumata əsasən oktyabrın sonunda Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu keçiriləcək. Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə tarix və mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadiminin iştirakı nəzərdə tutulur.
Təşkilat Komitəsinin iclasında artıq tədbirin planı, konsepsiya və proqramı təsdiq edilib. Tədbirdə MDB ölkələri arasında humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq. Qırğızıstanda bu forum 2006-cı ildən hər il keçirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür