Əlbəttə ki, “magik” sözü magiya-maq sözü ilə eyni mənşəlidir. Magik ifadəsi termin olaraq Avropada yaransa da, magiya sözünün yaranma tarixi və işlənmə arenası daha qədimə gedir. Onun üçün də “magik” termininin magiya, maq, mug terminlərindən yarandığını qəbul edərək sonuncuların mənşəyindən başlaya bilərik. Anlamı dini dünyagörüşdür. Bu barədə Q.Qeybullayev yazır ki, “magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri “maqların əməli” anlamında”magious” adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gündə işlənməkdə, maqların adını yaşatmaqdadır”.
Təsadüfi deyil ki, Türkiyə ədəbiyyatşünaslığında magik realizm sözünü “Büyülü gerçəklik” termini ilə əvəz etmişlər. Büyü sözünün də etimolojisini araşdıran Dəniz Qaraqurdun fikrincə, “Bağı – türk və altay mifologiyasında sehr, cadu, əfsun deməkdir. “Bayı” olaraq da deyirlər. Bağıçı, Bağışı sözləri sehrbaz mənasını verir.
Rus dili dünya terminologiyasını adətən olduğu kimi qəbul edir. Lakin 1930-cu illərdən türk dilində rəsmi olaraq terminlərin belə türkcəyə uyğunlaşdırılması prosesi başlandığından indi də dünya ədəbiyyatında istifadə olunun terminlərin türkcəyə çevrilməsi prosesi gedir.
Azərbaycan dilində isə XX əsrin əvvəllərində başlanan bu ənənə Sovet hökuməti dövründə səngisə də, 60-cı illərdə yenidən dirçələn özləşmə meyilləri müstəqillik qazandıqdan sonra daha da sürətləndi. Elə bu səbəbdən də, biz də terminin hansı adla ifadə edilməsi haqqında düşünməyə bilmədik. Yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə bu termini daha çox “Büyülü gerçəklik” istilahı ilə əvəz edirlər. Bunun qarşılığı olaraq biz də “sehirli reallıq”, “sehirli gerçəklik”, “əfsunlu reallıq” kimi ifadə edə bilərik. Şair və tərcüməçi Səlim Babullaoğlu 2008-ci ildə Beynəlxalq Teatr İnstitutunun Markesin 80 illik yubileyi münasibəti ilə təşkil etdiyi konfransdakı “Markes Azərbaycan ədəbiyyatına təsir edibmi?” adlı məruzəsinin
“Kitabçı” jurnalında işıq üzü görən mətnində bunu “əfsunlu realizm” və “magik realizm” şəklində ifadə edib. Zənnimizcə, əgər magik realizm terminini tərcümə etmək istəyiriksə, elə “əfsunlu gerçəklik” deməyimiz daha məqsədəuyğun olardı. Lakin dilimizin ən dərin qatlarında “magik” sözünün türk dilində olduğu faktları ilə razılaşsaq, elə magik realizm kimi ifadə etməyimizi uyğun görürük.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür