Macarıstanın paytaxtında yerləşən məşhur “Urania” kinoteatrında Azərbaycan Kinosu günlərinin açılış mərasimi keçirilib.
Senet.az xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində “Urania” kinoteatrının direktoru Botond Elekeş, Macarıstanın İnsan Resursları Nazirliyinin beynəlxalq əlaqələr və Karpat hövzəsi məsələləri üzrə dövlət katibi Zoltan Lorintsi, Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, “Nar bağı” filmində baş rolun ifaçısı aktyor Qurban İsmayılov çıxış ediblər.
Çıxışlardan sonra “Nar bağı” filmi nümayiş etdirilib.
Azərbaycan Kinosu Günləri fevralın 22-dək davam edəcək. Budapeştlə yanaşı, filmlərin nümayişi Peç və Seqed şəhərlərində də keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür