
Londonda yerləşən Memarlar Birliyi (Architecture Association – AA) YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Azərbaycanda praktiki məşğələlər keçirəcək.
Senet.az xəbər verir ki, dərslər avqustun 25-dən sentyabrın 4-nə qədər davam edəcək.
“AA Baku” məktəbi istedadlı şəxslər üçün gözəl imkanlar yaradacaq. Omid Kamvari və Kasper Eksin keçəcəyi dərslərdə 17 yaşı tamam olmuş şəxslər (memar, rəssam, alim, mühəndis, curator və yazarlar) iştirak edə bilərlər. Dərslər ingilis dilində keçiriləcək.
Məşğələlərdə iştirak etmək istəyən şəxslər www.yarat.az saytına daxil olaraq, müvafiq müraciət blankını doldurmalı, daha sonra tərcümeyi-hal (CV) və maraq məktubu ilə birlikdə YARAT-a göndərməlidirlər.
Qeyd edək ki, 15 avqust tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür