
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Çəkməli pişik” adlı yeni tamaşanın məşqləri başlayıb.
Dünya uşaq ədəbiyyatında tanınmış şairi və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə teatrın rejissoru Anar Məmmədov quruluş verib. O, tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur”.
Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.
Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Səhnə işində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları oynayacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür