
Senet.az Dalğa Xatınoğlunun tərcüməsində Dylon Tomasın şeirini təqdim edir. Qeyd edək ki, Dylon Tomas bu şeiri ölüm yatağında olan atasına həsr edib.O, bu şeiri ilə insanları ölümlə son ana qədər mübarizə aparmağa səsləyir.
Bunca dinməz-söyləməz qucağına keçmə
O dinclik qaranlığın.
Yaşlanınca insan,
Axşam şəfəqi kimi od tutub, püsgürməli,
Hayqırıb, dəlirməlidir günün söndüyünə.
Uslu birisi haq verərsə belə,
Hər şeyin qaranlığa qovuşub bitdiyinə,
Ağzındakı sözlər çaxnaşıb,
Ama şimşək kimi,
Işıq saça bilmədiyini görürüncə,
Yenə səssizcə enmə o gözəl qaranlığa.
Kövrək insanlar, dəniz kimi,
Bir dalğa işarəsi ilə hönkürər,
İncə davranışları yaşıl bir körfəzdə rəqs edər kimi,
Ama yenə hayqırıb, dəlir günəşin söndüyünə sən.
Dəliqanlılar, günəşə yüksəlib, toxunub, öysələr,
Nə qədər gec anlasalar bunun yas törəni olduğunu,
Yenə də səssiz-səmirsiz keçmə o qaranlıq məzara.
Xəstə insanlar ölüm ayağında belə,
Bəlirsiz baxışlarını bərəldib,
Axan ulduzlar kimi parladar gözlərini həvəslə qaldırar,
Sən belə sakitcə barışma ışığın sönməsi ilə.
Ah, atam mənim,
Kədərli, bir zirvə başında durumuş kimi tək və hür,
Yalvarıram alqışla məni,
Yalvarıram qarğışla məni göz yaşınla,
Ama bunca səssiz dalma qaranlığa heç zaman,
Hayqırıb dəlir gözündə ışığın sönməsinə…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür