Sentyabrın 27-də “Kopelhaus”da görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq. AZƏRTAC xəbər verir ki, sərgi “Goethe-Zentrum Baku” və “Doklad” Müstəqil Sənət Platformasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə dahi şairin “Yeddi gözəl” əsərindən ilhamlanaraq ərsəyə gələn instalyasiyalar yer alacaq. Sərgidə yeddi pavilyonda nümayiş ediləcək instalyasiyaların dizayneri Anar Skandar, vizual rəssamı Aqil Abdullayevdir. Oktyabrın 3-dək açıq qalacaq sərginin kuratoru Alfons Hugdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür