
Azərbaycan Nəşriyyatları Assosiasiyası kitab sənayesinin inkişafı və təbliği ilə bağlı 3 mükafat təsis edib.
Daş kitabə – Azərbaycanda mütaliə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə;
Kitabın səfiri – Azərbaycanda kitabçılıq işinin inkişafı və kitaba marağın artırılması istiqamətində ardıcıl fəaliyyətinə görə;
ANAİB-in dostu – Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakına, maddi və mənəvi dəstəyinə görə.
ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, mükafat sahibləri hər ilin sonunda rəhbərlik etdiyi qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilərək sahiblərinə təqdim ediləcək. Sədr onu da bildirib ki, 2024-cü il üzrə mükafatın sahibləri artıq məlumdur.
Mükafatlar öz sahiblərinə 19 – 22 dekabr tarixlərində keçiriləcək ANAİB I Bakı Kitab Festivalında təqdim olunacaq. Təqdimetmə mərasimi hər ilin sonunda ANAİB-in təşkil etdiyi Bakı Kitab Festivalında keçiriləcək.
Mükafatlandırılanların siyahısını təqdim edirik:
“Daş kitabə” nominasiyasının qalibi:
- Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədri.
Kitabın səfiri nominasiyası ilə təltif edilənlər:
- Fərid Cəfərov, mədəniyyət nazirinin müavini;
- Bahar Muradova, Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri;
- Elnur Nəsibov, Təhsilin İnkişafı Fondu sədri;
- Rəşad Məcid, Mətbuat Şurasının sədri;
- Rafiq Həşimov, Əməkdar artist.
ANAİB-in Fəxri üzvü nominasiyası ilə təltif edilənlər:
- Əkbər Qoşalı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini;
- Mikayıl Yusifov, “İnci” Şirkətlər Qrupunun idarə heyəti sədri;
- Nüşabə Hüseynli, Əməkdar jurnalist;
- Tahir Əliyev (Tahiroviç), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi;
- Hüseyn Hüseynov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür