Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.
Senet.az xəbər verir ki, Kastamonu şəhərində təşkil olunan mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Türkmənistanın Ankaradakı səfiri İşankuli Amanlıyev, Kastamonu vilayətinin valisi Yaşar Karadəniz və başqaları çıxış ediblər.
Çıxışçılar TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələri türk dünyasının birlik çağırışına real nəticələr bəxş edən amil kimi dəyərləndiriblər. Əminliklə qeyd olunub ki, tarixi Kastamonu şəhərinə göstərilən bu diqqət və qayğı bu bölgənin bütün türk dünyası üçün cəlbedici olmasına böyük töhfə olacaqdır.
Təqdimat geniş bədii proqramla davam edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür