POLŞA, UKRAYNA, RUSİYA VƏ AZƏRBAYCANLI OPERA ULDUZLARI "KARMEN" OPERASININ TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət etmişdir. Teatrbuat xidmətindən Senet.az saytına bildirilib ki, İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülmüşdür. Noyabrın 12-də keçiriləcək tamaşaya həmçinin
Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da (Xoze) dəvət olunmuşlar. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür