Dekabrın 10-11-i tarixlərində, saat 14:00-da Hədəf Karyera Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə gənc jurnalistlər üçün seminar-treninq keçiriləcək. Layihə zamanı İstanbul Aydın Universitetindən dəvət olunmuş professorla yanaşı ölkəmizdə jurnalistika sahəsində fəaliyyət göstərən peşakar mütəxəssislər iştirakçılara təlimlər keçəcəkdir. Bundan əlavə layihə zamanı iştirakçılar bir çox tanınmış jurnalistlərlə debat şəklində ünsiyyətdə olacaq və onları maraqlandıran suallara cavab tapa biləcəklər. Seminarlarda gənc jurnalistlər, onlayn media ilə məşğul olmaq istəyən şəxslər iştirak edə bilərlər. Layihə təşkilatçıların maliyyə dəstəyi ilə həyata keçirilir və iştirakçılar heç bir ödəniş etməyəcəklər. Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar. Layihənin aktiv iştirakçıları İstanbul Aydın Universitetində peşəkar jurnalistika kursu keçmək şansı qazanacaqlar. Layihədə iştirak etmək istəyənlər info@senet.az ünvanına yaza, yaxud (+99455)3151114 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ünvan İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi (Məhəmməd Hadi küç. bina 201, Əhmədli metrosunun yanı)
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür