Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Zamanla üz-üzə” beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılır. Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin bədii rəhbəri – Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna), Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcəklər.
Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır. Noyabrın 30-da, dekabrın 2-7 və 9-da Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində “Zamanla üz-üzə” Beynəlxalq layihəsi çərçivəsində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub. Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.
İlk dəfə 2007-2008-ci illər mövsümündə reallaşdırılmış layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektr əhatə edilib. Bir çox əsərlər Bakıda ilk dəfə səslənib, hər bir proqram böyük hadisəyə çevrilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür