
Aprelin 10-u Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib.
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyindən Senet.az-a verilən məlumata görə, açılış mərasimində sözügedən qurumun sədri Şəmil Sadiq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, deputatlar Elnarə Akimova və Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, layihənin rəhbəri Fatimə Alxaz, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə çıxış edib, bu kimi festivalların ölkə kitabçılığına verdiyi töhfələrdən söz açıblar.
Açılış mərasimindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev, Mədəniyyət Nazirliyinin əməkdaşı Xəyal Məmmədov, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə festivalın təşkilində göstərdikləri köməyə görə təltifnamə ilə mükafatlandırılıblar.
Qeyd edək ki, festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Expressbankdır.
30-dək tanınmış nəşriyyatın iştirak etdiyi festivalda tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları nəzərdə tutulub.
Əlavə məlumat üçün bildirək ki, festival 4 gün – aprelin 13-nə qədər davam edəcək.
Giriş sərbəstdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür