İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində şərhçilərinin adını açıqlayıb. Qurumun mətbuat katibi Aynurə Asimqızın Senet.az-a verdiyi məlumata görə, İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq mahnı şousunun Azərbaycan üzrə şərhçiləri müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq. Qeyd edək ki, Murad Arif bundan əvvəl də müsabiqənin şərhçisi, Hüsniyə Məhərrəmova isə müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri olub “Open up!” şuarı ilə reallaşacaq müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. “Eurovision-2021”də təmsilçimiz Efendi “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür